...

Azərbaycan "Şahdəniz" yatağından qaz alınmasının həcmini artırıb

Energetika Materials 30 İyul 2010 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Yanvar-iyun aylarında Azərbaycan "Şahdəniz" yatağından 1,1 milyard kubmetr həcmində qaz alıb. 2009-cu ilin analoji dövründə bu göstərici 763, 6 milyon kubmetr təşkil edib. Bu barədə ARDNŞ-dən məlumat verilib.

Yanvar-iyunda alınan ümumi həcmdən 294, 2 milyon kubmetr ARDNŞ-in "Şahdəniz" layihəsində iştirak payına düşüb, qalan 769,5 milyon kubmetr qaz ARDNŞ tərəfindən alınıb.

"Şahdəniz" dəniz yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Sazişin iştirakçıları: BP (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Hazırda qaz Cənub Qafqaz qaz kəməri ilə Gürcüstana və Türkiyəyə nəql olunur.

Bu il yataqda 7,84 milyard kubmetr qaz hasilatı nəzərdə tutulub. Yataqda hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr həcmində nəzərdə tutulur. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatının həcmini ildə 25 milyard dollara qədər artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti