Azərbaycan, Bakı, 14 avqust /Trend/
Yanvar-iyulda ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyi (kimyəvi məhsullar istehsalı) 8,4 milyon kubmetr azot istehsal edib və bu, 2009-cu ilin analoji dövrünün göstəricisindən 20,7 faiz çoxdur, - Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.
İB tərəfindən yanvar-iyulda istehsal edilən kimyəvi məhsulların digər növləri üzrə artım müşahidə olunub. Azalma yalnız kükürd turşusunda müşahidə edilib.
Yanvar-iyulda istehsal olunan kimya məhsullarının əsas növləri:
Məhsul |
Yanvar-iyul 2010-cu il |
2009-cu ilə nisbətdə (faizlə) |
Azot (mln kub.m) |
8,4 |
120,7 |
Polietilen (min t) |
29,1 |
177,8 |
Propilen (min t) |
15,6 |
171 |
İzopropil spirti (min t) |
7,9 |
134,9 |
Lak məmulatları (min t) |
3020,8 |
в 2,5 раза |
Kükürd turşusu (min t) |
2,6 |
28,3 |