...

"Azəri-Çıraq-Günəşli" layihəsi üçün bp kredit alıb

Energetika Materials 16 Avqust 2010 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.İsmayılov/

"Royal Bank of Scotland", "Societe Generale", "BNP Paribas" və "Standard Chartered" Azərbaycanda böyük enerji layihələrinin iştirakçısı olan bp üçün ümumi məbləği beş milyard dollar olan iki uzunmüddətli (beş il) kredit təşkil edib. Bu barədə xəbəri bazar ertəsi "Reuters" agentliyi yayıb.

İki milyard "Royal Bank of Scotland" və "Societe Generale", qalan üç milyard isə "BNP Paribas" və "Standard Chartered" tərəfindən verilib.

Kreditlər, şirkətin ümumi likvidlik mövqeyinin yaxşılaşdırılması daxil olmaqla, ümumi korporativ məqsədlər üçün istifadə ediləcək.

bp-nin aldığı kreditin iki milyardı Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" dəniz yataq blokunun işlənməsi layihəsinə xərclənəcək. Qalan üç milyard isə bp-nin Anqoladakı əməliyyatları üçün nəzərdə tutulub.

Kredit üzrə öhdəliklər cari ilin sentyabrından qüvvəyə minir.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: bp (operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), INPEX (10%), "StatoilHydro" (8,6%), "ExxonMobil" (8%), TRAO (6,8%), "Devon" (5,6%), ITOCHU (3,9%), "Hess" (2,7%).

Xəbər lenti

Xəbər lenti