Azərbaycan, Bakı, 24 avqust /Trend/
ARDNŞ və Dünya Bankı (DB) avqustun 30-da "ARDNŞ-də səmt qazının azaldılması planı" sənədinin ilkin versiyasını müzakirə etməyi planlaşdırıblar. Bu barədə ARDNŞ-in çərşənbə axşamı yayılan məlumatında deyilir. Görüş ARDNŞ Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin inzibati binasında baş tutacaq.
Sənəd ARDNŞ və DB-nin "Qlobal qaz yandırılmalarının azaldılması üzrə tərəfdaşlıq" (GGFR) təşkilatı arasında 2008-ci ilin avqustunda imzalanan Anlaşma Sazişi çərçivəsində hazırlanıb.
Görüşdə, həmçinin, Dövlət Neft Şirkətinin, Ekologiya İdarəsinin, "Azneft" İB-nin, əməliyyat şirkətləri və birgə müəssisələrin rəhbərlərinin iştirakı nəzərdə tutulub.