...

ARDNŞ yanvar-avqust aylarında 1,3 milyon tona yaxın neft məhsulları ixrac edib

Energetika Materials 3 Sentyabr 2010 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-avqust aylarında özünün neft emalı zavodlarından 1,3 milyon tona yaxın neft məhsulları ixrac edib. 2009-cu ilin analoji dövründə bu göstərici 1,4 milyon tondan çox təşkil edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

İyulda ARDNŞ 185 min tona yaxın neft məhsulları ixrac edib. Ötən ilin iyulunda isə bu rəqəm 167,3 min tona yaxın olub.

Azərbaycanda neft məhsulları ümumi gücü 20 milyon ton olan Bakının iki neft emalı zavodunun bazasında istehsal edilir. Hər iki NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxildir. ARDNŞ hər il öz vəsaitləri hesabına quruda və və dəniz yataqlarında hasil edilən 7 milyon tona yaxın nefti emal edir.

Ötən il Bakı NEZ-ləri 6,03 milyon ton neft emal edib. 2008-ci ildə bu rəqəm 7,35 milyon ton olub. Bu il ARDNŞ özünün iki NEZ-ində altı milyondan artıq neft emal etməyi planlaşdırır.

Neft məhsulları ixracının ümumi cədvəli:

Neft məhsulları

Yanvar-avqust, 2010-cu il (ton)

Yanvar-avqust, 2009-cu il (ton)

Dizel yanacağı

1093,579

989,356

Avtomobil benzini

112,316

166,233

Aviasiya kerosini

80,326

232,375

Xəbər lenti

Xəbər lenti