Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir A.Yusifzadə/
İranın İmam Xomeyni limanındakı neft-kimya kompleksində ötən gecə baş vermiş yanğına səbəb texniki problemlərdir. Kompleksin rəhbərlərindən biri deyib ki, yanğın zamanı heç bir partlayış müşahidə olunmayıb. ILNA agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, İmam Xomeyni limanındakı neft-kimya kompleksində alovu saatyarımdan sonra söndürmək mümkün olub. İnsident nəticəsində ölən olmasa da, üç nəfər yaralanıb.
Qaz qızmasının və alovun neft-kimya kompleksindəki digər obyektlərə yayılmasının qarşısını almaq mümkün olub. Yanğından ziyan çəkən iki neft-kimya bloku üç ildən bəri işlənmə və sınaq mərhələsində olub və hələ istismara verilməmişdi.
Müəssisədə yanğın axşam saat 22:15-də (yerli vaxtla) baş verib. Karbohidrogen xammalın sızması səbəbindən ağır polietilen maddələrin olduğu iki blok yanıb.