Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.İsmayılov/
8-12 noyabr həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 86,9 dollar/barelə yaxın təşkil edib. Bu, ötən həftənin orta qiymətindən təxminən 1,96 dollar/barel çoxdur.
8-12 noyabr həftəsində AZERI LT-nin maksimum qiyməti 89,78 dollar/barel, minimum isə 87,79 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
8-12 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 85,63 dollar/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən 1,84 dollar/barel çoxdur.
8-12 noyabr həftəsində URALS-ın maksimum qiyməti 86,4 dollar/barel, minimum isə 84,19 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
8-12 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 87,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən 1,7 dollar/barel çoxdur.
8-12 noyabr həftəsində "Brent Dated"in maksimum qiyməti 88,06 dollar/barel, minimum isə 86,01 dollar/barel olub.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.