...

İranda təbii maye qaza tələbat artıb – neft nazirinin müavini

Energetika Materials 16 Noyabr 2010 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir Ə.Yusifzadə/

İlin əvvəlindən və indiyədək İranda (ölkədə il martın 21-dən başlayır) maye təbii qaza (CNG) orta sutkalıq tələbat 366 milyon kubmetr olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə səkkiz faiz çoxdur. Bu barədə İranın neft nazirinin müavini Cavad Oci məlumat verib. Məlumatı çərşənbə axşamı IRIB yayıb.

Onun sözlərinə görə, göstərilən dövrdə İranda 14 milyard kubmetr CNG istifadə olunub.

"Bu il 24 şəhər və 660 kənd təbii qazla təmin olunub", - Oci bildirib.

CNG maye təbii qaz praktiki olaraq xalis metandır. O, magistral qaz kəmərləri ilə nəql olunur və elektrik stansiyalarının, sənaye müəssisələrinin yanacaqla təmin olunmasında, eləcə də məişətdə istifadə olunur.

BP-nin məlumatına görə, 2010-cu il yanvarın 1-nə olan vəziyyətə görə, İranda sübut edilmiş neft ehtiyatları 137,6 milyard barel, təbii qaz ehtiyatları isə 29,61 trilyon kubmetr təşkil edir.

Xəbər lenti

Xəbər lenti