...

ARDNŞ iqlim dəyişiklikləri üzrə strategiyasını təsdiq edəcək

Energetika Materials 30 Noyabr 2010 18:07 (UTC +04:00)
Bu barədə çərşənbə axşamı şirkətin ekologiya məsələləri üzrə vitse-prezidenti Soltan Əliyev Bakıda keçirilən "Xəzəryanı neft və qaz şirkətlərinin iqlim dəyişikliklərinə təsirin azaldılması təşəbbüsləri: regionlararası təcrübə mübadiləsi" konfransında deyib.
ARDNŞ iqlim dəyişiklikləri üzrə strategiyasını təsdiq edəcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.İsmayılov/

Həftənin sonunadək ARDNŞ özünün iqlim dəyişiklikləri üzrə strategiyasını təsdiq edəcək. Bu barədə çərşənbə axşamı şirkətin ekologiya məsələləri üzrə vitse-prezidenti Soltan Əliyev Bakıda keçirilən "Xəzəryanı neft və qaz şirkətlərinin iqlim dəyişikliklərinə təsirin azaldılması təşəbbüsləri: regionlararası təcrübə mübadiləsi" konfransında deyib.

Əliyev çıxışı zamanı Xəzəryanı ölkələrin neft şirkətlərini iqlim dəyişikliklərinə təsirin azaldılması məqsədilə belə strategiyanı qəbul etməyə çağırıb.

Hazırda ARDNŞ istixana effekti yaradan "Günəşli" və "Neft Daşları" yataqlarından atmosferə səmt qazının atılmasının azaldılması üzrə işlər görür. Məsələn, qazın tutulmasından sonra istifadə üçün lazım olan qaz-kompressor stansiyalarının tikintisi üzrə işlər aparılır.

ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənilməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, şirkət "Günəşli" yatağında ildə 500 milyon kubmetrədək qazın tutulmasını təmin edəcək.

"ARDNŞ atmosferə səmt qazlarının atılması həcminin azaldılması ilə yanaşı, müəssisələrində alternativ enerji mənbələrinin tətbiqi üzrə işlər də aparır", - Əliyev bildirib.

"Bunun bariz nümunəsi Tağıyev adına NQÇİ-nin ərazisində ekoloji parkdır. Burada ARDNŞ tərəfindən günəş batareyaları və külək enerjisinin generasiyası üçün qurğular quraşdırılıb", - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, ekoloji parkın yaradılması üzrə birinci mərhələnin həyata keçirilməsini ilin sonunadək başa çatdırmaq planlaşdırılır. Əliyev qeyd edib ki, ARDNŞ öz müəssisələrində genişmiqyaslı alternativ enerji mənbələrindən istifadəyə nail olmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti