Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Azərbaycanın Sabirabad, Saatlı və İmişli rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, "Azadkənd-İmişli" magistral qaz kəmərinin 7-8-ci kilometrliyindəki qaynaq birləşmədə baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar dekabrın 8-də saat 08:00-dan etibarən təbii qaz təchizatı dayandırılacaq.
Təmir müddətində Sabirabad, Saatlı və İmişli rayonları ərazisinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.