Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir E.İsmayılov/
Yanvar-noyabr aylarında "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin satışı və paylanması ilə məşğul olur) "Azərenerji" ASC-dən (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) yanvar-oktyabrdakı 5,6 milyard kilovat-saata yaxın elektrik enerjisinə nisbətdə 7,2 milyard kilovat-saatdan artıq elektrik enerjisi alıb. Bu barədə "Bakıelektrikşəbəkə"nin çərşənbə günü rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.
2009-cu ildə "Bakıelektrikşəbəkə" "Azərenerji"dən 8,1 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb.
Məlumatda deyilir ki, noyabrda SC oktyabrdakı 559,5 milyon kilovat-saat elektrik enerjisinə qarşı 636,6 milyon kilovat-saat elektrik enerjisi alıb.
"Azərenerji" ASC (Azərbaycanda iri elektrik enerjisi istehsalçısı) tərəfindən göndərilən elektrik enerjisi üzrə "Bakıelektrikşəbəkə"nin ödənişlərinin həcmi yanvar-noyabr aylarında orta hesabla 88,14 faiz təşkil edib. Noyabrda bu göstərici oktyabrdakı 92,6 faizə qarşı 88,2 faiz təşkil edib.
2009-cu ildə "Bakıelektrikşəbəkə"nin ödənişləri orta hesabla 84,44 faiz təşkil edib.