...

Benzin və dizel yanacağının keyfiyyətinin Avro-3 standartlarınadək artırılması onların qiymətinə təsir etməyəcək – ARDNŞ prezidenti

Energetika Materials 27 Dekabr 2010 16:59 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Avro-3 ekoloji standartları üzrə avtomobil benzini və dizel yanacağı istehsalı Azərbaycanda bu neft məhsullarının dəyərinə təsir etməyəcək.
Benzin və dizel yanacağının keyfiyyətinin Avro-3 standartlarınadək artırılması onların qiymətinə təsir etməyəcək – ARDNŞ prezidenti

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Avro-3 ekoloji standartları üzrə avtomobil benzini və dizel yanacağı istehsalı Azərbaycanda bu neft məhsullarının dəyərinə təsir etməyəcək. Bu barədə bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ-nin neft emalı zavodlarında istehsal edilən yanacaq Avro-2 standartlarına uyğun gəlir. Gələn ilin sonlarından ARDNŞ dizel yanacağının Avro-3 standartları üzrə istehsalına başlamağı planlaşdırır, eləcə də şirkətin istehsal etdiyi benzin 2012-ci ildən bu standarta uyğunlaşdırılacaq.

"2011-ci ilin sonlarından Avro-3 dizel yanacağının, 2012-ci ildən isə Avro-3 benzininin buraxılışına başlanacaq. Qiymətlərdə dəyişiklik olmayacaq", - Abdullayev qeyd edib.

Azərbaycanda neft məhsulları ümümi gücü 20 milyon ton olan iki Bakı NEZ-in bazasında istehsal olunur. ARDNŞ öz vəsaitləri hesabına quru və dəniz yataqlarında hasil edilən nefti NEZ-lərə tədarük edir.

Hazırda ARDNŞ-nin neft emalı zavodlarında neftin dərin emalı 93 faizi ötür. "Azərneftyağ" NEZ-də dərin emal 99 faiz, Heydər Əliyev adına Bakı NEZ-də isə 92,4 faizdən çox təşkil edir. İlin sonunadək Heydər Əliyev adına Bakı NEZ-də dərin emal göstəricisi 92,5 faizədək artırılacaq.

Gələn il ARDNŞ bu ildəki 6,18 milyon tona qarşı 6,4 milyon ton neft emal etməyi planlaşdırır. Ötən il emal həcmi altı milyon tona yaxın təşkil edib.

Xəbər lenti

Xəbər lenti