...

"Bakıelektrikşəbəkə" abonentləri fasiləsiz elektrik enerjisi ilə təmin edəcək

Energetika Materials 18 Mart 2011 18:37 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək. Trend-in məlumatına görə, bu barədə SC-nin cümə günü yaydığı məlumatda deyilir.
"Bakıelektrikşəbəkə" abonentləri fasiləsiz elektrik enerjisi ilə təmin edəcək

Azərbaycan, Bakı, 18 mart /Trend/

"Bakıelektrikşəbəkə" ASC Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək. Trend-in məlumatına görə, bu barədə SC-nin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, bayramların keçiriləcəyi yerlərdə istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmini, eləcə də qəza hallarının qarşısının alınması üçün işlər aparılacaq.

İş növbəli işin tətbiq edilməsi hesabına gücləndiriləcək. Bayram günlərinə planlaşdırılan və düşən bütün işlər də dayandırılacaq.

ASC abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmini üçün əlavə avadanlıq və materiallar cəlb edib.

Hansısa problemlərin yaranacağı təqdirdə, ASC abonentləri 199 saylı "qaynar xətt"ə müraciət etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti