...

Azərbaycanın Standartlaşdırma Komitəsi Dövlət Gömrük Komitəsinin laboratoriyasına akkreditasiya verib

Energetika Materials 4 Aprel 2011 17:47 (UTC +04:00)
Gömrük Komitəsinin mərkəzi laboratoriyası Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblər əsasında avtonəqliyyat vasitələrinin uyğunluğunun və tipinin təsdiqi üzrə sertifikatlaşdırma orqanının akkreditasiyasını alıb.
Azərbaycanın Standartlaşdırma Komitəsi Dövlət Gömrük Komitəsinin laboratoriyasına akkreditasiya verib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycanın Dövlət Gömrük Komitəsinin mərkəzi laboratoriyası Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblər əsasında avtonəqliyyat vasitələrinin uyğunluğunun və tipinin təsdiqi üzrə sertifikatlaşdırma orqanının akkreditasiyasını alıb. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Sertifikatlaşdırma orqanı AZS 447-2010 (Avro-2) standartının tələblərinə uyğun olaraq milli akkreditasiya sistemində akkreditasiya olunub.

Ötən ilin iyulundan Azərbaycanda avtonəqliyyat vasitələrinə və yanacağa Avro-2 ekoloji standartları tətbiq edilməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti