...

Yanvar-martda Azərbaycanda kimya məhsullarının istehsalı artıb

Energetika Materials 14 Aprel 2011 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Yanvar-mart aylarında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlər Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi (kimya məhsullarının istehsalı) polietilen, propilen və bu kimi digər məhsulların istehsalını artırıb. Azalma yalnız azot istehsalı həcmində müşahidə olunub. Bu barədə Trend-ə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

Yanvar-martda istehsal olunan kimya məhsullarının əsas növləri:

Məhsul

Yanvar-mart, 2011-ci il

2010-cu ilin yanvar-martına nisbətdə (faizlə)

Azot (milyon kubmetr)

269,9

8,8

Polietilen (min t)

22,2

179,7

Propilen (min t)

7,9

121,2

İzopropil spirti (min t)

3,1

110,9

Lak məmulatları (min t)

433,2

124,5

Kükürd turşusu (min t)

11,2

-

Yanvar-martda ölkədə 1552,7 min ton bərk polietilen borular, kiçik borular, şlanqlar istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricindən 64,4 faiz çoxdur. Həmçinin, respublikada 36 ton poliuretan plastinlər və zolaqlar istehsal olunub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 44,6 faiz azdır.

Xəbər lenti

Xəbər lenti