...

"Fitch" ARDNŞ-nin reytinqini "BBB-" səviyyəsində təsdiq edib

Energetika Materials 21 Aprel 2011 11:54 (UTC +04:00)
"Fitch Ratings" reytinq agentliyi ARDNŞ-nin reytinqlərini təsdiq edib: xarici valyutada uzunmüddətli emitentin defoltu reytinqi (EDR) "BBB-" və xarici valyutada qısamüddətli EDR "F3".
"Fitch" ARDNŞ-nin reytinqini "BBB-" səviyyəsində təsdiq edib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

"Fitch Ratings" reytinq agentliyi ARDNŞ-nin reytinqlərini təsdiq edib: xarici valyutada uzunmüddətli emitentin defoltu reytinqi (EDR) "BBB-" və xarici valyutada qısamüddətli EDR "F3". Uzunmüddətli EDR üzrə proqnoz "sabit"dir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətdən bildirilib.

"Ana və törəmə şirkətlərin reytinqi arasında qarşılıqlı əlaqə" (Parent and Subsidiary Rating Linkage Methodology) metodologiyasına əsasən, "Fitch" şirkətin reytinqlərini suveren reytinqlərə (ARDNŞ 100 faizlik dövlət mülkiyyətindədir) uyğun saxlayır, belə ki, şirkətin ana strukturla hüquqi, starteji və əməliyyat əlaqələrini güclü hesab edir.

ARDNŞ dövlətin Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olan neft-qaz sahəsində (2010-cu ildə ixracın 95 faizi neft-qaz sahəsinin payına düşüb) maraqlarını təmsil edir. Bundan başqa, Maliyyə Nazirliyi ARDNŞ-nin 2016-cı ildə ödənilməklə (2009-cu ilin sonuna ümumi borcun 26 faizi) 750 milyon manat məbləğində kreditləri üzrə zəmanət verir. "Fitch" şirkətin reytinqini müstəqil əsasda "BB" kateqoriyasına uyğun kimi qiymətləndirir.

ARDNŞ-nin reytinqləri Rusiya və beynəlxalq şirkətlərlə müqayisədə kredit qabiliyyətliliyinin yaxşı göstəricilərini əks etdirir.

"Fitch"in fikrincə, ARDNŞ 2010-cu ilin hesabatına əsasən, əlverişli maliyyə göstəricilərinə malik olacaq. Agentlik onu da gözləyir ki, şirkət 2011-ci ildə xeyli pul əməliyyatı axınına generasiya edəcək. Bu da neft-qaz sahəsində daha əlverişli konyunktura xidmət edəcək. Bundan başqa, "Fitch" proqnozlaşdırır ki, 2011-ci ildə şirkətin sərbəst pul axını müsbət olacaq.

Reytinqlər ARDNŞ-nin 6,5 milyard manat (şirkətin 2011-2015-ci illər üçün məhsulun bölüşdürülməsi haqqında saziş üzrə öhdəlikləri daxil olmaqla) məbləğində intensiv kapital qoyuluşu proqramını da nəzərə alır. Şirkət Petkim Petrokimya Holdings A.S üçün (Petkim - "BB"/proqnoz "mənfi") gücü 10 milyon tona yaxın olan neft emalı zavodu tikməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti