...

ARDNŞ yeni nanosistemlər yaradıb

Energetika Materials 16 İyun 2011 17:05 (UTC +04:00)
Dünya qazma praktikasında ilk dəfə olaraq ARDNŞ mütəxəssisləri tərəfindən "NanoNeft", "NanoBitum", "NanoYağ", "NanoQudron" və "NanoMAY" sistemləri yaradılıb.
ARDNŞ yeni nanosistemlər yaradıb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Dünya qazma praktikasında ilk dəfə olaraq ARDNŞ mütəxəssisləri tərəfindən "NanoNeft", "NanoBitum", "NanoYağ", "NanoQudron" və stasionar özüllərdə dizel mühərriklərinin işlənmiş yağları əsasında "NanoMAY" sistemləri yaradılıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Bu sistemlər Bakı və Abşeron arxipelaqlarında yerləşən "Qum adası", "Günəşli", "Bibheybət", "Balaxanı", "Neft Daşları", "Pirallahı" yataqlarında 20-yə qədər neft və qaz quyusunda istifadə edilib. Hazırda nanotexnologiyalar əsasında qazma işləri uğurla davam etdirilir.

Nanosistemlər respublikada patent sənədləri, texniki şərtləri statusunu alıb, elmi-praktiki dəyərləri UNESCO-EOLSS 6.152 "Nanoelm və nanotexnologiyalar" ensiklopediyasında dərc olunub.

Xəbər lenti

Xəbər lenti