...

Azərbaycanın Saatlı və İmişli rayonlarının qazla təchizatında fasilələr yaranacaq

Energetika Materials 22 İyun 2011 19:01 (UTC +04:00)
Təmir işləri aparılan müddətdə Saatlı və İmişli rayonlarına mavi yanacağın verilişində fasilələr yaranacaq.
Azərbaycanın Saatlı və İmişli rayonlarının qazla təchizatında fasilələr yaranacaq

Azərbaycan, Bakı, 22 iyun /Trend/

İyunun 24-də saat 09:00-dan etibarən "Azadkənd-İmişli" magistral qaz kəmərinin 47-ci kilometrliyində cari təmir işləri ilə əlaqədar qazın nəqli dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü yaydığı məlumatda deyilir.

Təmir işləri aparılan müddətdə Saatlı və İmişli rayonlarına mavi yanacağın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti