...

ARDNŞ Xəzərdə yeni neft-qaz quyusunu istismara verib

Energetika Materials 14 İyul 2011 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

"SOCAR-AQŞ" MMC ARDNŞ-nin "28 May" NQÇİ-yə "Günəşli-13" platformasında neft-qaz hasilatı quyusunu təhvil verib. Trend-in məlumatına görə, bu barədə MMC-nin cümə axşamı yaydığı xəbərdə deyilir.

Məlumatda deyildiyi kimi, quyunun ilkin sutkalıq debiti 110 ton neft və 33 min kubmetr qazdır.

Hazırda MMC "Günəşli-11" platformasında quyunun qazılması üzrə işlər görür.

"SOCAR-AQŞ" MMC 19 dekabr 2007-ci ildə təsis edilib.

Müəssisənin əsas fəaliyyət sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müasir texnika və texnologiyalardan istifadə edərək neft və qaz quyularının, o cümlədən maili və xüsusi quyuların qazılması, sementlənməsi, bərkidilməsi, mənimsənilməsi, quyuların əsaslı və yeraltı təmiri, yan lülələrin qazılması, quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması ilə bağlı mal, iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

"SOCAR-AQŞ" MMC-nin əsas əməliyyatları Xəzər dənizinin neft və qaz yataqlarında quyuların qazılmasıdır. Hazırda müəssisə 3 qazma qurğusundan istifadə etməklə neft və qaz quyularının qazılması və tikintisi işlərini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti