Azərbaycan, Bakı, 18 iyul /Trend/
Yanvar-iyunda "Şahdağ" elektrik stansiyasında proqnozlaşdırılan 119,5 milyon kilovat-saata qarşı 123,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə "Azərenerji" ASC-dən (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) bazar ertəsi Trend-ə verilən məlumatda deyilir.
Stansiya Azərbaycanın şimal regionunun elektrik enerjisi ilə təminatında mühüm rol oynayır, həmçinin "Şahdağ" qış-yay turizm kompleksini elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulub. Stansiya hər birinin gücü 8,7 meqavat olan porşen tipli 12 aqreqatdan ibarətdir.
"Şahdağ" elektrik stansiyası 2009-cu ildə istismara verilib.