...

ARDNŞ "Azəri-Çıraq-Günəşli"də öz payını 585 milyon dollar ödəməklə artırıb

Energetika Materials 26 İyul 2011 12:01 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Britaniyanın BP şirkətindən Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi çərçivəsində iştirak payının bir hissəsini 585 milyon dollara alıb.
ARDNŞ "Azəri-Çıraq-Günəşli"də öz payını 585 milyon dollar ödəməklə artırıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Britaniyanın BP şirkətindən Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi çərçivəsində iştirak payının bir hissəsini 585 milyon dollara alıb. Trend-in məlumatına görə, bu barədə BP-nin 2011-ci ilin ikinci rübünün yekunlarına dair hesabatında deyilir.

ARDNŞ-nin "AzACG Limited Company" şirkətinin AÇG layihəsində iştirak payının 1,6461 faizdən 11, 6461 faizədək artırılması "Devon" şirkətinin payının bir hissəsinin alınması nəticəsində baş verib.

ARDNŞ Britaniyanın BP şirkətindən (əvvəllər onun "Devon" şirkətindən aldığı) AÇG-də iştirak payının bir qismini alıb.

"Azər-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun işlənməsinə dair müqavilə 1994-cü ildə bağlanılıb. 2010-cu ildə "Devon" AÇG-dəki 5,63 faizlik payını layihə üzrə tərəfdaşlara - BP (3,29 faiz), "Chevron" (0,99 fazi), Inpex (0,96 faiz) və Itocu (0,38 faiz) şirkətlərinə satıb.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 35,83%), "Chevron" (11,27%), AzAÇG (11,6%), "Inpex" (10,96%), "Statoil" (8,56%), "Exxon" (8%), TPAO (6,75%), "Itochu" (4,3%), "Hess" (2,72%).

2010-cu ildə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 40,6 milyon ton neft hasil edilib. Bu göstərici 2009-cu ildə 40,3 milyon ton olub. 2010-cu ildə bu yataqlar blokunda sutkalıq orta hasilat 823,1 min barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti