...

ARDNŞ dəniz yatağı üçün yeni platforma tikir

Energetika Materials 30 Sentyabr 2011 20:45 (UTC +04:00)
ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Günəşli" yatağı üçün yeni platforma tikilir.
ARDNŞ dəniz yatağı üçün yeni platforma tikir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Günəşli" yatağı üçün yeni platforma tikilir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.

"Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunan platformanın podratçısı "Neftqaztikinti" Trestidir. 12 quyuluq platforma dənizin 140-150 metr dərinliyində quraşdırılaraq vertolyot meydançası, yanalma körpüsü, yaşayış kompleksi, müasir tələblərə cavab verən avtomatik yanğınsöndürmə sistemi, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz olunacaq.

9 ballıq zəlzələyə davamlı olacaq platformadan 4 neft və 8 qaz-kondensat quyusunun qazılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti