...

ARDNŞ magistral qaz kəmərində sızmanın nəticələrini aradan qaldırır

Energetika Materials 30 Yanvar 2012 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın bir sıra rayonlarına qazın verilişini yerli vaxtla saat 18:00 radələrinə qədər bərpa edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin yaydığı məlumatda deyilir.

1000 mm-lik Qazıməmməd-Qazax 1-ci magistral qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq, Azərbaycanın Göyçay, Qəbələ, Ucar rayonlarına və Ağdaş rayonunun bəzi ərazilərinə qazın verilişində məhdudiyyətlər yaranıb.

Məlumata əsasən, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən mövcud problemin həlli və qaz təminatında yaranan fasilənin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan ərazisində qazın tədarükü və satışı məsələləri ilə "Azəriqaz" İB məşğul olur.

Xəbər lenti

Xəbər lenti