...

Azərbaycan neftinin qiymətləri: 30 yanvar - 3 fevral həftəsinin yekunları

Energetika Materials 4 Fevral 2012 14:37 (UTC +04:00)
30 yanvar -3 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115,15 dollar/barelə yaxın olub.
Azərbaycan neftinin qiymətləri: 30 yanvar - 3 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir E.İsmayılov/

30 yanvar -3 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115,15 dollar/barelə yaxın olub. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən 1,83 dollar çoxdur.

30 yanvar -3 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 116,14, minimum isə 114,26 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

30 yanvar -3 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 109,86 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən təqribən 2,06 dollar/barel çoxdur.

30 yanvar -3 fevral həftəsində URALS-ın qiyməti maksimum 110,98, minimum isə 108,76 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

30 yanvar - 3 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 111,2 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən 1,96 dollar/barel aşağı olub.

30 yanvar - 3 fevral həftəsində "Brent Dated"in qiyməti maksimum 112,22, minimum isə 110,14 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti