...

"ExxonMobil" Azərbaycanı sərmayə yatırılması üçün prioritet ölkə hesab edir

Energetika Materials 9 Fevral 2012 20:19 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev "ExxonMobil" şirkətinin Avropa və Xəzər regionunda kəşfiyyat və hasilat işləri üzrə vitse-prezidenti Filip Malhollun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"ExxonMobil" Azərbaycanı sərmayə yatırılması üçün prioritet ölkə hesab edir

Azərbaycan, Bakı, 9 fevral /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev "ExxonMobil" şirkətinin Avropa və Xəzər regionunda kəşfiyyat və hasilat işləri üzrə vitse-prezidenti Filip Malhollun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in cümə axşamı ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, Abdullayev Dövlət Neft Şirkəti tərəfindən ötən ilin noyabrında "Esso Schweiz GmbH" şirkətinin səhmlərinin alınması üzrə ExxonMobil şirkəti ilə bağlanan müqaviləyə əsasən, Esso İsveçrə-nin ARDNŞ-nin nəzarətinə keçirilməsi üzrə hazırlıq dövrünün uğurla davam etdiyini deyərək, iki şirkət arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib.

Təmsil etdiyi "ExxonMobil" şirkətinin kəşfiyyat və hasilat işlərinə böyük maraq göstərdiyini söyləyən Malholl ARDNŞ ilə yaranmış əməkdaşlığın səviyyəsindən razı olduğunu qeyd edib. O, Exxon Mobil-in təcrübəsinin, maliyyə və texniki imkanlarının əməkdaşlığın yeni layihələrdə inkişaf etdirilməsi üçün şərait yaratdığını diqqətə çatdırıb. Malholl "ExxonMobil" şirkəti tərəfindən Azərbaycanın sərmayə yatırılması üçün prioritet ölkələrdən hesab olunduğunu bildirib.

Görüşdə "ExxonMobil" şirkətinin beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Stiven Menn də iştirak edib.

Xəbər lenti

Xəbər lenti