...

Azərbaycan XİN: Transxəzər qaz kəməri layihəsinin reallaşdırılması Xəzərin statusu ilə bağlı deyil

Energetika Materials 6 Aprel 2012 18:38 (UTC +04:00)

Qazaxıstan, Astana, 6 aprel /Trend, müxbir D.Muxtarov/

Xəzəryanı ölkələr arasında sualtı boru kəmərlərinin salınmasının Xəzərin statusu məsələsinə heç bir aidiyyəti yoxdur. Bu barədə Trend-ə cümə günü Astanada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

"Bu məsələ (Transxəzər boru kəmərləri) Xəzərin hüquqi statusu ilə bağlı deyil. Avropa İttifaqı Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasını dəstəkləyir. Hesab ediərm ki, əgər bütün tərəflər qətiyyət nümayiş etdirsələr, o zaman layihə reallaşacaq", - Xələfov vurğulayıb.

Onun sözlərinə görə, bununla belə, Türkmənistan və Azərbaycan arasında boru kəmərinin salınması layihəsinin reallaşdırılması daha çox Aşqabadın mövqeyindən asılıdır. Çünki layihə əsasən Türkmənistan qazına hesablanıb.

Xələfov vurğulayıb ki, əgər Türkmənistan qətiyyət nümayiş etdirsə və Azərbaycana müraciət etsə, o zaman Bakı öz tranzit imkanlarını təqdim etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti