...

ARDNŞ Azərbaycanda qazlaşdırma prosesini davam etdirir

Energetika Materials 9 Aprel 2012 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.İsmayılov/

Qaz təchizatı və qazlaşdırmanın yaxşılaşdırılması çərçivəsində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi (İB) aprel-may aylarında Azərbaycanın bir sıra yaşayış məntəqələrinə qazın verilişinə başlayacaq. Bu barədə bazar ertəsi Trend-ə İB-dən bildiriblər.

Hazırda qazlaşdırma, yeni qaz kəmərlərinin çəkilməsi və yeni abunəçilərin əhatə edilməsi üzrə işlər aktiv şəkildə aparılır.

"Xüsusən, ayın ikinci yarısından ölkənin bir çox regionlarına, o cümlədən sərhədyanı bölgələrə qazın verilişinə başlanacaq", - İB-dən qeyd ediblər.

Qeyd edək ki, qazlaşdırma proqramı çərçivəsində ARDNŞ 2013-cü ilədək ölkədə qazlaşdırmanın səviyyəsini xeyli yüksəltməyi planlaşdırır. Bu dövrədək qazlaşdırma prosesi 90 faizi ötəcək.

Xəbər lenti

Xəbər lenti