...

BP planlaşdırılan profikatik işlərin aparılması üçün Bakı-Supsa neft kəməri üzrə nəqli dayandıracaq

Energetika Materials 4 May 2012 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir S.Əliyev/

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı kimi BP şirkəti bildirir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Qərb İxrac Boru Kəmərində (QİBK, Bakı-Supsa) planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək.

Plana əsasən, profilaktik işlərin daha səmərəli aparıla bilməsi üçün QİBK may ayının 15-dən başlayaraq təqribən bir ay müddətinə öz ixrac əməliyyatlarını dayandıracaq. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin yaydığı məlumatda deyilir.

Bu profilaktik işlərə əsasən həm Azərbaycanda, həm də Gürcüstanda ərsin buraxma/qəbul etmə izolyasiya ventillərinin dəyişdirilməsinin davam etdirilməsi, nəzarət sisteminin təkmilləşdirilməsi və digər ümumi xaraketrli mexaniki və nəzarət-ölçü cihazlarının profilaktikası daxildir.

Həmin müddətdə AÇG-nin bütün platformalarından, həmçinin "Şahdəniz" platformasından hasilat, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri vasitəsilə ixrac əməliyyatları normal rejimdə davam edəcək. Ceyhan terminalından tankerlərin yüklənməsi və yola salınması plana uyğun aparılacaq.

Səngəçal terminalı öz gündəlik əməliyyatlarını QİBK-də aparılacaq profilaktik işlərlə bağlı planlarla uyğunlaşdıraraq normal davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti