...

Azərbaycan Avro-3 standartının tətbiqinə başlayacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 18 İyun 2012 12:03 (UTC +04:00)
Gələn ayın əvvəlindən etibarən Azərbaycanda dizel və benzin mühərrikli nəqliyyat vasitələrinin işlənmiş qazlarının tərkibindəki zərərli maddələri, habelə ölkədə istifadə edilən yanacağın keyfiyyətini tənzimləyən Avro-3 standartı tətbiq edilməyə başlayacaq.
Azərbaycan Avro-3 standartının tətbiqinə başlayacaq  (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 iyun/Trend, müxbir Ə. Həsənov/

Gələn ayın əvvəlindən etibarən Azərbaycanda dizel və benzin mühərrikli nəqliyyat vasitələrinin işlənmiş qazlarının tərkibindəki zərərli maddələri, habelə ölkədə istifadə edilən yanacağın keyfiyyətini tənzimləyən Avro-3 standartı tətbiq edilməyə başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

"Yaxın vaxtlarda iyulun 1-dən qüvvəyə minəcək standart layihəsi təsdiq ediləcək. Mövcud standartın qüvvəyə minməsi ilə Dövlət Gömrük Komitəsi onun tətbiqinə başlayacaq. Yəni iyulun 1-dən Avro-3 standartının tələblərinə cavab verməyən avtomobillərin ölkəyə idxal edilməsi ilə bağlı qadağa qüvvəyə minəcək. Standart tətbiq edildikdən sonra belə avtomobillərin modelləri açıqlanacaq" , - bazar ertəsi komitədən Trend-ə məlumat veriblər.

Komitədən onu da deyiblər ki, mövcud standart artıq gömrük nəzarətindən keçmiş və Azərbaycan ərazisində olan avtomobillərə şamil edilmir.

"Vaxt ötdükcə köhnə avtomobillər bazarı tərk edəcəklər və ölkənin avtomobil parkı yenilənəcək" , - komitədən deyiblər.

Avro-4 standartı çərçivəsində yanacağın istehsalı və avtomobillərin keyfiyyəti üzərində nəzarətin həyata keçirilməsi 2015-ci ildən planlaşdırılır. Bu vaxtadadək yerli neft emalı zavodları bu standartda yanacağı istehsal edə biləcəklər. Həsənov vurğulayıb ki, gələn aydan qida sənayesinə, xüsusən ət məhsullarına aid olan yeni "Halal" standartı qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti