...

ARDNŞ yeraltı qaz anbarlarında yeni quyular qazacaq

Energetika Materials 7 Avqust 2012 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanın yeraltı qaz anbarlarına qazın vurulması həcmlərinin artması çərçivəsində 3 yeni quyu qazacaq. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Azərbaycan ərazisində iki - "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarı var.

Onun sözlərinə görə, xüsusən, bir yeni quyu "Qaradağ" yeraltı qaz anbarında, qalanları isə "Qalmaz" yeraltı qaz anbarında qazılacaq.

"Yaxın vaxtlarda "Qalmaz" qaz anbarında yeni quyunun qazılması başa çatacaq. Hazırda onun dərinlyi 1900 metri ötür", - mənbə qeyd edib.

Xəbər lenti

Xəbər lenti