...

Türkiyədə partladılan neft kəməri üzrə tədarük bir həftədən sonra bərpa ediləcək

Energetika Materials 8 Avqust 2012 17:50 (UTC +04:00)
Ötən bazar günü Türkiyənin Mardin əyalətində partladılan Kərkük-Yumurtalıq neft kəməri üzrə İraq neftinin Türkiyəyə nəqli bir həftədən sonra tam bərpa ediləcək.
Türkiyədə partladılan neft kəməri üzrə tədarük bir həftədən sonra bərpa ediləcək

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir A.Tağıyeva/

Ötən bazar günü Türkiyənin Mardin əyalətində partladılan Kərkük-Yumurtalıq neft kəməri üzrə İraq neftinin Türkiyəyə nəqli bir həftədən sonra tam bərpa ediləcək. Bu barədə Trend-ə çərşənbə günü "Botaş" şirkətindən bildiriblər.

"Neft kəmərində texniki işlər aparılır. Hazırda paralel neft kəməri vasitəsilə Türkiyəyə kiçik həcmdə neft tədarük edilir. Tədarük bir həftədən sonra tam bərpa ediləcək", - şirkətdən deyiblər.

Məlumata görə, partlayışa səbəb terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvlərinin sabotajı olub.

Xəbər lenti

Xəbər lenti