...

Transxəzər qaz kəmərinin tikintisi Azərbaycan və Türkmənistanın maraqlarındadır - Aİ

Energetika Materials 25 Sentyabr 2012 12:26 (UTC +04:00)
Avropa İttifaqı hesab edir ki, Transxəzər qaz kəmərinin tikintisi Azərbaycan və Türkmənistanın maraqlarındadır.
Transxəzər qaz kəmərinin tikintisi Azərbaycan və Türkmənistanın maraqlarındadır - Aİ

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbirlər E.Tarıverdiyeva, A.Bədəlova/

Avropa İttifaqı hesab edir ki, Transxəzər qaz kəmərinin tikintisi Azərbaycan və Türkmənistanın maraqlarındadır. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Roland Kobia çərşənbə axşamı jurnalistlərə bildirib.

"Aİ əvəvlki kimi Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin reallaşdırılması məsələsini müzakirə edir. Nazirlər səviyyəsində danışıqların sonuncu mərhələsi sentyabrın əvvəlində Aşqabadda energetika üzrə Avropa komissarı Günter Ottingerlə aparılıb və biz müzakirələri davam etdirməyə hazırıq", - Kobia deyib.

Bununla yanaşı, o, qeyd edib ki, layihənin reallaşdırılması təşəbbüsü çox çətindir.

"Biz bu dəhlizi Türkmənistan və Azərbaycanın maraqları çərçivəsində inkişaf etdirmək imkanına malik olacağımıza inanırıq", - Kobia deyib.

Onun sözlərinə görə, Aİ Xəzərin statusu məsələsinin həll olumamasını layihənin inkişafına maneə hesab etmir.

Kobia qeyd edib ki, Xəzərin statusu məsələsinin Transxəzər qaz kəmərinin reallaşdırılmasına təsir etməsi üçün heç bir hüquqi əsas yoxdur.

O bildirib ki, əgər tikinti məsələsi müzakirə olunacaqsa, onda bu, Bakı ilə Aşqabad arasında müzakirə olunmalıdır, Xəzər dənizinin başqa ölkələrinə aid olmamalıdır.

Xəbər lenti

Xəbər lenti