...

İsrail Azərbaycanın İsrailin neft sektorunda iştirak etməsində maraqlıdır - Energetika nazirliyi

Energetika Materials 30 Oktyabr 2012 03:08 (UTC +04:00)
Azərbaycanın enerji yataqlarının kəşfi və istismarında təcrübəsinə ehtiyacı var. Trend-in məlumatında görə, bunu İsrailin Energetika və su resursları nazirliyinin mühəndis müfəttişliyi direktoru Viktor Baryudin Azərbaycanlı jurnalistlərlə görüşdə bildirib.
İsrail Azərbaycanın İsrailin neft sektorunda iştirak etməsində maraqlıdır - Energetika nazirliyi

İsrail, Yerusəlim /Trend, S. Ağayeva/

Azərbaycanın enerji yataqlarının kəşfi və istismarında təcrübəsinə ehtiyacı var. Trend-in məlumatında görə, bunu İsrailin Energetika və su resursları nazirliyinin mühəndis müfəttişliyi direktoru Viktor Baryudin Azərbaycanlı jurnalistlərlə görüşdə bildirib. O əlavə edib ki, İsrail Azərbaycanlı mütəxəssisləri Aralıq dənizinin özünə aid olan sektorunda kəşfiyyat işlərinə cəlb etməyə və Azərbaycanın İsrailin neft sektorunda iştirak etməsində maraqlıdır.

Onun sözlərinə görə, Aralıq dənizin İsrail sektorunda yaxın vaxtlarda tapılmış yataqlarda qaz mədənlərinin həcmləri 2800 milyard kub m. qədər həcmdə proqnozlaşdırılır.

"Hal-hazırda hökumət ölkənin energetika siyasəti proqramı üzərində işləyir", - o dedi.

İlkin planlara görə İsrail gələcəkdə qazı həm Şərqə - Çinə, Yaponiyaya, həm də Avropaya ixrac etməyə hazırlaşır.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, hər il İsrail təxminən 20 milyard kub m qazdan istifadə edir.

Energetika nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, hökumət həmçinin SOCAR yanacaq doldurma stansiyalarının ölkəsində açılışda maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti