Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir A.Axundov /
Azərbaycan və Serbiya energetika sahəsində strateji əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının 2-ci iclasının yekunları üzrə Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç bildirib.
"Bu sahə bizə çox maraqlıdır və bu sahədə əməkdaşlıq böyük potensiala malikdir. Serbiya Balkan yarımadasının mərkəzində yerləşir və mühüm enerji qovşağıdır", - Lyayiç deyib.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin işləməsi üçün Serbiyanın enerji bazarında böyük imkanlar var.