...

Azərbaycan neftinin qiymətləri: 26-30 noyabr həftəsinin yekunları

Energetika Materials 1 Dekabr 2012 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.İsmayılov /

26-30 noyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 114,91dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 1,89 dollar/barel çoxdur. Trend-in məlumatına görə, 26-30 noyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 113,8, minimum isə 111,65 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

26-30 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 108,04 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,4 dollar/barel azdır.

26-30 noyabr həftəsində URALS-ın qiyməti maksimum 108,76, minimum isə 106,79 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

26-30 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 109,71 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,7 dollar/barel azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 110,6, minimum isə 108,35 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti