...

"Günəşli" yatağı üçün yeni özül tikiləcək

Energetika Materials 24 Yanvar 2013 16:17 (UTC +04:00)
Ölkənin neft-qaz sənayesində əhəmiyyətli yer tutan "Günəşli" yatağında daha bir stasionar dərin dəniz özülünün inşası üçün ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihəndirmə işlərinə start verilib.
"Günəşli" yatağı üçün yeni özül tikiləcək

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Ölkənin neft-qaz sənayesində əhəmiyyətli yer tutan "Günəşli" yatağında daha bir stasionar dərin dəniz özülünün inşası üçün ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən layihəndirmə işlərinə start verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 20 quyunun (16 neft, 4 qaz quyusu) qazılması üçün inşa ediləcək 17 nömrəli yeni özülün dənizin 138 metr dərinliyində quraşdırılması nəzərdə tutulur.

Özüldən qazılacaq quyuların orta dərinliyi 3500 metr olacaq.

Özül yaşayış bloku, müasir qazma qurğusu, avtomatik idarəetmə avadanlıqları, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Layihənin baş podratçısı "Neftqaztikinti" Trestidir.

Qeyd edək ki, layihələndirmə işləri 2013-cü ilin sonlarında başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti