Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir R. Hafizoğlu/
Türkiyə İran qazının qiymətindən narazıdır. Trend-in bazar ertəsi Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.
Nazirin sözlərinə görə, Türkiyənin bu məsələ ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməsinə baxmayaraq, İran indiyədək Ankara ilə yeni qiyməti müzakirə etməyib.
Nazir əlavə edib ki, əgər İran tərəfi yeni qiyməti açıqlasa, Ankara onları nəzərdən keçirməyə və müzakirə etməyə hazırdır.