...

Azərbaycanda 17 500-ə yaxın istehlakçının təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanıb

Energetika Materials 28 Yanvar 2013 15:19 (UTC +04:00)
Ötən il ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə əhali kateqoriyasından olan 12 335, qeyri-əhali kateqoriyasına aid 1223 abonentə qaz təsərrüfatına müvafiq "qüsur akt"ı tərtib olunub, 17 475 istehlakçı isə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb.
Azərbaycanda 17 500-ə yaxın istehlakçının təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Ötən il ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə əhali kateqoriyasından olan 12 335, qeyri-əhali kateqoriyasına aid 1223 abonentə qaz təsərrüfatına müvafiq "qüsur akt"ı tərtib olunub, 17 475 istehlakçı isə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tərtib olunmuş "qüsur aktları" əsasında itirilmiş təbii qazın bərpası üzrə 6 615 095 manat dəyərində dəymiş ziyan hesablanıb.

2012-ci ildə 19 472 istehlakçının qaz təsərrüfatında (o cümlədən, 2968 qeyri-əhali, 13 493 əhali), eləcə də 3011 istixana və qazpaylayıcı stansiyalardan hesabat aparılan 117 ölçü qovşağında ("ROK-407" sərfölçmə cihazında) yoxlama-təftiş işləri aparılıb. Yoxlamalar zamanı təbii qazdan istifadə qaydalarının pozulmasına görə 955 istehlakçıya müvafiq "qüsur akt"ı tərtib olunub, 1523 istehlakçının qaz sayğacı dövlət yoxlamasına göndərilib və aşkar olunmuş digər qüsurların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə yazılı tapşırıqlar verilib.

Birlik tərəfindən 2202 qeyri-əhali kateqoriyasına aid istehlakçının qaz təsərrüfatına seçmə üsulla yerində baxış keçirilib, onlar abonent bazasında yeni qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti