...

Lənkəran və Zərdab rayonlarının kəndlərinə təbii qaz verilib

Energetika Materials 10 May 2013 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Lənkəran və Zərdab rayonlarının daha 2 kəndi qazlaşdırılıb.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonunun Havzava kəndinə ilk dəfə olaraq qazın verilməsi ilə əlaqadar keçirilmiş tədbirdə qeyd olunub ki, 425 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 542 metr uzunluğunda müxtəlif diametrli metal boru, 17 899,3 metr uzunluğunda isə polietilen boru çəkilib, 425 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Zərdab rayonunun 313 abonentli olan Dəliquşçu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 26 678 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 313 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti