Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/
Bakı-Novorossiysk boru kəməri ilə tədarükün dayandırılması Azərbaycanın neft hasilatına, həmçinin neft ixracına təsir göstərməyəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev Rusiya ərazisi ilə neftin tranzitinə dair hökumətlərarası sazişin fəaliyyətinin dayandırılmasına dair məsələni şərh edərkən bildirib.
Onun sözlərinə görə, sazişə müvafiq olaraq bu ilin sonuna kimi Bakı-Novorossiysk boru kəməri vasitəsilə neftin tədarükü davam etdiriləcək.
ARDNŞ prezidenti vurğulayıb ki, daha əvvəl Rusiya ərazisi ilə neftin tranzitinə dair aparılan danışıqlar davam etdiriləcək.