...

ARDNŞ ötən ay 12 min metrdən çox qazma işi həyata keçirib

Energetika Materials 4 İyul 2013 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

2013-cü ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 12 224 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 11 022 metri istismara, 1202 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-iyun aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 83334 metr qazma işi görülüb ki, bunun da 78 098 metri istismara, 5236 metri kəşfiyyata aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti