Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E. İsmayılov/
"Azərbaycan" İstilik Elektrik Stansiyası (İES) yanvar-avqust aylarında 5,16 milyard kVt/saat elektrik enerjisi istehsal edib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azərenerji" SC-nin yaydığı xəbərdə deyilir.
Məlumata görə, İES avqust ayında 567,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.