...

ATƏT-in dəstəyi ilə Bakıda Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə dair götürdüyü öhdəliyin icrası müzakirə olunub

Energetika Materials 24 Sentyabr 2013 14:47 (UTC +04:00)
Bu gün, ATƏT-in dəstəyi ilə Bakıda Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) dair götürdüyü öhdəliyi yerinə yetirməsinə həsr olunmuş tədbir keçirilir. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi internet səhifəsində bildirilib.
ATƏT-in dəstəyi ilə Bakıda Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə dair götürdüyü öhdəliyin icrası müzakirə olunub

Azərbaycan, Bakı, 24 sentyabr / Trend, müxbir S.Əhmədova/

Bu gün ATƏT-in dəstəyi ilə Bakıda Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) dair götürdüyü öhdəliyi yerinə yetirməsinə həsr olunmuş tədbir keçirilir. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi internet səhifəsində bildirilib.

Məlumatda bildirilir ki, MHTŞ dövlət maliyyəsinin idarə edilməsində şəfafflığın və hesabatlılığın artırılması üçün neft və qaz hasilatı sənayesində əldə edilən gəlirlərin açıqlanması mexanizmidir.

2003-cü ildə bu Təşəbbüsə qoşulan ilk ölkələrdən biri olan Azərbaycan 2009-cu ildə MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk ölkə olub.

Müvafiq dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, özəl şirkətlər və vətəndaş cəmiyyəti təşkilatları yeni MHŞT standartlarını və onların icrası yolunda yaranan maneələrin dəf edilməsi yollarını müzakirə etmək üçün bir araya gəliblər.

ATƏT-in Bakı Ofisinin rəhbər müavini Monica Martinez bu təşəbbüsü dəstəkləməkdə ATƏT-in marağını vurğulayıb: "Dublin Nazirlər Şurasının 2012-ci ildə qəbul etdiyi ATƏT-in Yaxşı İdarəçilik üzrə Bəyannaməsi hasilat sənayesində şəffaflığın təmin edilməsinin əhəmiyyətini tanıyıb. Bu il ATƏT-in Ukrayna sədrliyi də davamlı enerjini özünün prioritet sahələrindən biri kimi müəyyən edib və bu baxımdan MHTŞ xüsusi önəm kəsb edir".

ATƏT-in Bakı Ofisi bugünkü tədbirin keçirilməsini Azərbaycanın Dövlət Neft Şirkəti, Revenue Watch İnstitutu və MHŞT QHT Koalisiyasının koordinatoru olan Azad İqtisadiyyat Assosiasiyası ilə birgə təşkil edib. Ofis, həmçinin MHŞT-nin Azərbaycan və digər iştirakçı ölkələrdə icrasının təhlili üçün mütəxəssis töhfəsi verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti