...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 648 minə çatıb

Energetika Materials 13 Yanvar 2014 17:13 (UTC +04:00)
1 yanvar 2014-cü il tarixə olan məlumata görə, Azərbaycan üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 647 906-ya çatıb. Onların 19 830-u qeyri-əhali abonentidir.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 648 minə çatıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

1 yanvar 2014-cü il tarixə olan məlumata görə, Azərbaycan üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 647 906-ya çatıb. Onların 19 830-u qeyri-əhali abonentidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, indiyədək təbii qazla təmin olunmuş 1 579 085 əhali abonentindən əlavə, 2013-cü ilin sentyabr-dekabr aylarında çoxmərtəbəli və yüksək mərtəbəli yaşayış binalarında, həmçinin fərdi qaydada qazlaşmış mənzillərdə 48 991 əhali abonenti qeydiyyata alınıb.

Ümumilikdə 1 yanvar 2014-cü il tarixə mövcud olan 1 628 076 əhali abonentindən 167 536-sı ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 57 708-i Bakı, Abşeron və Sumqayıt, 109 828-i isə digər regionların payına düşür. Təkcə 2013-cü ilin dekabr ayı ərzində 22 294 yeni abonent qeydiyyata alınıb. Bunun 10 279-u Bakı, Abşeron və Sumqayıt, 12015-i isə digər regionlara aiddir.

Yeni əhali abonentlərinin sayının artmasında ötən il qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş 217 yaşayış məntəqəsi də mühüm paya malikdir.

Ümumiyyətlə, abonentlərin 701 645-i Bakı şəhəri (691 448 əhali, 10 197 qeyri-əhali abonenti), 946 261-i isə digər regionların (936 628 əhali, 9 633 qeyri-əhali abonenti) payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti