...

Azərbaycan əhalisi 2013-cü ildə 2 milyard kubmetrdən çox qaz alıb

Energetika Materials 15 Yanvar 2014 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.İsmayılov/

2013-cü il ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 2 201 571 619 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 101,98 faiz vəsait toplanıb.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib. Həmin dövr ərzində yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir.

Qeyd edək ki, güzəştsiz əhali kateqoriyası üzrə 1 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc il ərzində 7,2 faiz azalıb. Yığım faizi isə 102,9 faiz təşkil edib. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə ümumilikdə bu rəqəm 104 faiz, regionlar üzrə isə 101,9 faiz olub.

Ölkə üzrə ən yüksək yığım faizi Xızı rayonunda qeydə alınıb - 121,44 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti