...

Zərdabın daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib

Energetika Materials 16 Yanvar 2014 14:47 (UTC +04:00)
Yanvarın 16-da Zərdab rayonunun Gəlmə və Salahlı kəndlərinə təbii qaz verilib.
Zərdabın daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Yanvarın 16-da Zərdab rayonunun Gəlmə və Salahlı kəndlərinə təbii qaz verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 540 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 34,8 kilometr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 540 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti