Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin yanvar-fevral aylarında Bakı-Novorossiysk şimal boru kəməri üzrə 169,65 min ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu rəqəm 251,76 min ton təşkil edib. Bu barədə Trend Şirkətə istinadən məlumat verir.
ARDNŞ ötən ay Novorossiyskdən 84,91 min ton neft ixrac edib. 2013-cü ilin fevralında bu rəqəm 249,13 min ton təşkil edib.
ARDNŞ 2013-cü ildə Bakı-Novorossiysk şimal boru kəməri üzrə 1,75 milyon ton neft ixrac edib. 2012-ci ildə bu rəqəm 2,06 milyon tona bərabər olub.