...

"Palmali" şirkəti suya yeni tanker buraxıb (FOTO)

Energetika Materials 1 May 2014 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

"Palmali" şirkətlər qrupu bu gün Türkiyənin Yalova şəhərindəki tərsanədən "Şövkət Ələkbərova" tankerini suya buraxıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, RST22M layihəli tankerin yükgötürmə qabiliyyəti 7 min ton təşkil edir.

"Palmali" şirkətlər qrupunun sahibi olan azərbaycanlı biznesmen Mübariz Mənsimovun təşəbbüsü ilə tankerə Azərbaycanın görkəmli müğənnisi, Azərbaycan SSR-nin xalq artisti Şövkət Ələkbərovanın adı verilib.

Qeyd edək ki, RST22M layihəli gəmilərin uzunluq qabariti 139,95 metr, gəminin eni 16,6 metr, göyərtənin hündürlüyü isə 6 metrdir. Bu gəmilər "Volqo-Don maks" sinfinə aiddir. Gəmilər bitki yağlarının daşınması üçün beynəlxalq tələblərə tam uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti