...

Boston Consulting Group SOCAR Trading şirkətinin fəaliyyəti nəticəsində Azərbaycanın gəlirini 1,8 mlrd. dollar həcmində qiymətləndirib

Energetika Materials 13 İyun 2014 13:13 (UTC +04:00)
Boston Consulting Group (BCG) konsaltinq təşkilatının araşdırmaları göstərib ki, SOCAR Trading şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft şirkətinin strukturuna daxildir) fəaliyyəti dövlətə əlavə 1,8 mlrd. ABŞ dolları həcmində gəlir gətirib.
Boston Consulting Group SOCAR Trading şirkətinin fəaliyyəti nəticəsində Azərbaycanın gəlirini 1,8 mlrd. dollar həcmində qiymətləndirib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Boston Consulting Group (BCG) konsaltinq təşkilatının araşdırmaları göstərib ki, SOCAR Trading şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft şirkətinin strukturuna daxildir) fəaliyyəti dövlətə əlavə 1,8 mlrd. ABŞ dolları həcmində gəlir gətirib.

Trend-in ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, hazırda SOCAR Trading şirkəti yeni beynəlxalq bazarlara çıxış imkanlarını araşdırır. BCG hesabatında qeyd edir ki, bu strategiya şirkətin treydinq portfelinin diversifikasiya olunmasına, üçüncü tərəflərin treyder əməliyyatlarında onun payının artırılmasına və şəxsi ticarət imkanlarından istifadə edilməsinə, həmçinin Azərbaycan şirkətinin dünya bazarında rəqabətədavamlılığının möhkəmləndirməsinə imkan verəcək.

SOCAR Trading şirkətinə Azərbaycan neftindən əlavə neftin digər növləri ilə ticarət etməsi ona əhəmiyyətli dərəcədə əlavə gəlir gətirib. Bu barədə BCG şirkətinin konsaltinq təşkilatının SOCAR Tradingin fəaliyətinə həsr olunmuş 2008-2013 cü illərdəki hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, 2010 cu ildən başlayaraq SOCAR Trading il ərzində təxminən 70 mln barel Türkməninstan, Qazaxıstan, Rusiya və digər mənşəli neft əldə edir və sonra onları bazara çıxarır.

Xatırladaq ki, baş qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Anar Əliyev və Valeriy Qolovuşkinin həmtəsisçiliyi ilə 2007-ci ilin sonunda yaradılıb. Qeyd edək ki, A.Əliyev özünü neft sahəsində təsdiqləmiş nüfuzlu iş adamıdır, V.Qolovuşkin isə "Lukoil" şirkətinin Cenevrədə treydinq şirkətini - Lukoil Trading-i yaradıb.

Şirkət Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından ARDNŞ-nin ixrac etdiyi xam neftin əsas hissəsinin satışı ilə məşğuldur, digər ölkələrin neft və neft məhsullarının satışını həyata keçirir, eləcə də tabe olduğu şirkətin beynəlxalq sərməyə məsələlərinə yardım edir. "SOCAR Trading" şirkətinin fəaliyyət sahəsi Avropa, Asiya və Amerika ölkələrini əhatə edir. Şirkətin ABŞ, Türkiyə, BƏƏ, Misir, Sinqapur və digər ölkələrdə nümayəndəlikləri mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti