...

"Qaradağ" yatağında quyu təmirdən sonra istismara verilib

Energetika Materials 2 İyul 2014 15:01 (UTC +04:00)
Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.
"Qaradağ" yatağında quyu təmirdən sonra istismara verilib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

"Qaradağ" yatağındakı 476 nömrəli quyu təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-yə istinadən xəbər verir ki, məhsuldar qatın VII horizontunda 3379-3331 metr intervalda süzgəci açılmış quyuya sutkada 275000 kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.

Quyuda istismar işləri Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti